Qaraqoyunlular

Konfederasiya
Qaraqoyunlular
az-əbcəd. قاراقویونلولار
Bayraq Gerb
Bayraq Gerb
Qaraqoyunlular Cahan Şahın dövründə (1436-1467)
 
 
1375 — 1468

Paytaxt

Ərciş (yay fəsillərində), Mosul (qış fəsillərində) (1375-1410) |

Təbriz (1410-1468)
Ən böyük şəhər Van, Ərzurum, İrəvan, Bağdad, Ərdəbil
Rəsmi dili Azərbaycan dili (sülalə, rəsmi məhkəmə, poeziya dili) fars dili (poeziya dili)
Dövlət dini İslam (Şiəlik)
Valyuta Təngə
Ərazisi 3.000.000 km²[1]
Əhalisi 4.000.000 (Ağqoyunlulardakı kimi)
İdarəetmə forması Mütləq Monarxiya
Sülalə Baharlı sülaləsi
Bəy, Sultan, Padşah
 • 1351-1380 Bayram xoca
 • 1380-1389 Qara Məhəmməd
 • 1390-1420 Qara Yusif
 • 1421-1436 Qara İsgəndər
 • 1436-1467 Cahanşah Həqiqi
 • 1467-1468 Həsən Əli (Qaraqoyunlu)
 • 1468-1469 Yusif mirzə (Qaraqoyunlu)
Tarixi
 • 1375-1410 Bəylik dövrü
 • 1410-1468 İmperiya dövrü
 • 1469 Süqutu
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaraqoyunlular və ya Baharlılar (az-əbcəd. قاراقویونلولار‎; fars. قره قویونلو‎; türk. Karakoyunlular) — 1375–1468-ci illərdə Azərbaycan, Ermənistan, şərqi AnadoluŞimali İraq ərazilərini idarə etmiş Oğuz türkləri tayfalarından ibarət tarixi tayfa ittifaqı və dövlət.[2][3] Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincanda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, Ağqoyunlulara, CəlairilərəTeymurilərə qarşı mübarizə aparmışlardır.

Qaraqoyunluların böyük bir imperiyaya çevrilməsi Qara Yusifin dövründə olmuşdur. TeymurilərCəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan Şərqi Gürcüstan, Ərəb İraqıƏcəm İraqını öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olub.[4]

Qara Yusifin oğlu Qara İsgəndər 1421-ci ildə Qaraqoyunlu hakimiyyətini bərpa etdi və Sultan Şahrux Təbrizi tərk etdikdən sonra şəhərə daxil oldu. 1421-ci ildə Alaşkert vadisindəki İsgəndərlə Şahruxun qoşunları arasında döyüş İsgəndərin məğlubiyyəti ilə nəticələnmişdir, lakin Şahrux geri qayıdandan sonra onun tutduğu bütün torpaqlar Qara İsgəndər tərəfindən yenidən ələ keçirildi.[5]

Qara İsgəndərdən sonra hakimiyyətə Cahan şah gəldi. Cahan şah Qaraqoyunluların güclü hökmdarlarından olmuşdur. Onun dövründə Qaraqoyunlu mədəniyyəti inkişaf etmişdir. Cahan şah "Həqiqi" təxəllüsü ilə Azərbaycan türkcəsindəFars dilində şeirlər yazırdı. Böyük fəthlər edərək Qaraqoyunlu imperiyasının ərazisini genişləndirmişdir.[6]

Alman Türkolog Gerhard Doerfere görə Ağqoyunlu və Qaraqoyunlu türkmanları "Türkmən" sözünün hələ də qarma-qarışıqlara yol açması çox qəribədir, Leninqradda iraq Oğuz ədəbiyyatının oğuz "Türkmən" adı ilə girdiyini gördüm; Türkmân sözü əslində "köçəri oğuz mənasını daşıyır. Ağqoyunlu və Qaraqoyunlu "Türkmənləri" hər halda azərbaycanlılardır.[7]

Cahanşahın 1467-ci ildə ölümündən sonra hakimiyyətə gələn Həsənəli mirzə Uzun Həsən tərəfindən öldürüldü, beləliklə Qaraqoyunlu imperiyası süqut etdi.[8]

  1. "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  2. Solaiman M. Fazel. ETHNOHISTORY OF THE QIZILBASH IN KABUL: MIGRATION, STATE, AND A SHI’A MINORITY (ingilis). Submitted to the faculty of the University Graduate School in partial fulfillment of the requirements for the degree Doctor of Philosophy in the Department of Anthropology Indiana University. May 2017. 48.
  3. "Journal of History School". johschool.com. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
  4. "Arxivlənmiş surət". haqqinda.az. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-04.
  5. "Qara İsgəndər I hakimiyyət dövrü". 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.
  6. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII–XVIII əsrlər).s.123.
  7. Gerhard doerfer, Turks in Iran, p. 248
  8. "Qaraqoyunlu Həsənəli". 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search